30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı yaradılan imkandan istifadə edə bilərlər

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanının icrasına başlanıldığı dövrdən 14.10.2025-ci il tarixinədək 18.523 müraciət daxil olub. İstismara qəbul olunmuş 4.956 obyektin 3.931-nə dövlət reyestrindən çıxarış verilib.

Tikinti-quraşdırma işləri 2023-cü il iyunun 1-dək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektlərin sənədlərinin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırda davam edir və bu müddət 1 yanvar 2026-cı il tarixində başa çatır. Sahibkarlardan xahiş olunur ki, bu müddətədək tələb olunan sənədlərlə müraciət etsinlər və mövcud imkandan yararlansınlar. Qeyri-yaşayış binalarına mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsi sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, daşınmaz əmlak bazarının canlanmasına geniş imkanlar yaradır. Belə ki, sahibkarlar mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış əmlakını girov, sığorta, alqı-satqı və digər əməliyyatlar üçün istifadə edə bilərlər. Fərmanın icrası qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi baxımından da xüsusi önəm kəsb edir.

Dövlət Xidməti bildirir ki, sözügedən Fərmanda edilmiş dəyişikliyə əsasən, bu cür obyekt sahibləri 1 yanvar 2026-cı ilədək tələb olunan sənədlərlə Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərinə müraciət edə bilərlər.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?