8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

UNCTAD-ın 16-cı sessiyasında Azərbaycanın dayanıqlı iqtisadiyyatı barədə məlumat verilib

İsveçrənin Cenevrə şəhərində UNCTAD-ın 16-cı sessiyası keçirilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev açılış mərasimində və sessiya çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

Nazirin birinci müavini UNCTAD-ın 16-cı sessiyası çərçivəsində təşkil olunan üzv dövlətlərin milli mövqelərini ifadə etdikləri əsas müzakirə sessiyasında çıxış edərək, Azərbaycanın dayanıqlı və inklüziv iqtisadi inkişafı istiqamətində həyata keçirilən islahatlar, yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji, o cümlədən bərpaolunan enerji, rəqəmsal transformasiya, insan kapitalının inkişafı və digər sahələrdə reallaşdırılan layihələr barədə məlumat verib.

Bildirilib ki, ölkəmiz investorlar üçün tətbiq olunan güzəşt və təşviqlərlə biznes mühitini daha da yaxşılaşdırır. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir və onların çoxu öz mənfəətlərini investisiya kimi yenidən ölkəmizin iqtisadiyyatına yönəldirlər. Bu investisiyalar Azərbaycana xarici investorların və beynəlxalq tərəfdaşların yüksək etimadının və ölkədəki sabitliyin göstəricisidir.

Qeyd edilib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan regional və qlobal ticarətin şaxələndirilməsində mühüm rol oynayır. Bu istiqamətdə Orta Dəhlizin əhəmiyyəti artır və Xəzər dənizindən keçərək Şərqdən Qərbə uzanan marşrut etibarlı və davamlı ticarət yollarından biri kimi tanınır, regional rifahın yüksəldilməsi, yeni investisiya, məşğulluq və inkişaf imkanları yaradır.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?