18 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

9 ayda Naxçıvanda sahibkarlara 36 lisenziya verilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi sahibkarlara 36 lisenziya verib.

Nazirliyin məlumatına görə, verilən lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 6500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 613 manat və ya 52,7 faiz artaraq 152 423 manat olub.

Bu dövrdə Naxçıvanda investisiya təşviqi mexanizmləri vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərilməsi məqsədilə 2 sahibkarlıq subyektinin 2 layihəsinə investisiya təşviqi sənədi və 4 təsdiqedici sənəd verilib.

600,4 min manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında Çin və Türkiyədən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə tutulur.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?