30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yaşıl enerji istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində respublikada elektrik enerjisinin istehsalı 12,1 mln. kVt·st və ya 0,1 faiz artaraq 21 798,7 mln. kVt·st təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 18 659,6 mln. kVt·st, SES-lərdə 2 414,3 mln. kVt·st, digər mənbələr üzrə isə 724,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 30,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 511,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 mln. kVt·st artımla 3139,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

9 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 520,7 mln. kVt·st (İES-lərdə 17 070,6 mln. kVt·st, SES-lərdə 2 401,1 mln. kVt·st, GES-lərdə 49,0 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 21,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 256,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 mln. kVt·st, ixracı isə 989,6 mln. kVt·st olub.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?