7 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” ilə BCG arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Boston Consulting Group”un (BCG) İdarəedici direktor və Baş partnyoru, eləcə də BCG-nin Avropa, Yaxın Şərq, Cənubi Amerika və Afrika üzrə rəhbəri Matias Tauber ilə görüşüb.

QSC-nin məlumatına görə, İdarə Heyətinin sədri Cəmiyyətin fəaliyyət istiqamətləri, son illərdə əldə olunan əsas nəticələr və qarşıya qoyulan strateji məqsədlər barədə ətraflı məlumat verib. O, “AzerGold” ilə BCG arasında həyata keçirilən birgə layihələrin nəticələrinin, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təhlil və qiymətləndirmələrin şirkətin fəaliyyətinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

İdarə Heyətinin sədri, həmçinin “AzerGold”un əməliyyatlarının yerli qanunvericiliyə və beynəlxalq ekoloji standartlara uyğun şəkildə təşkil edilməsi, müasir texnologiyaların tətbiqi və istehsalatın qlobal bazar çağırışlarına uyğunlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışıb.

Öz növbəsində Matias Tauber Azərbaycanda dağ-mədən sənayesinin neft-qaz sektoruna nisbətən daha yeni istiqamət olmasına baxmayaraq, “AzerGold” QSC-nin qısa müddətdə bu sahədə əldə etdiyi mühüm nailiyyətləri yüksək qiymətləndirib. O, Cəmiyyətin yeni əlvan və qara metal yataqlarının istismarında beynəlxalq standartlar və ekoloji tələblərin tətbiqinə xüsusi önəm verməsini region miqyasında qabaqcıl təcrübə nümunəsi kimi dəyərləndirib.

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin dərinləşdirilməsi və birgə təşəbbüslərin gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi? VergiHansı sahibkarlıq subyektləri xammal və material sərfi normaları barədə vergi orqanına məlumat verməlidir? VergiDaşınmaz əmlakın alğı-satqısı sahəsində fəaliyyəti necə rəsmiləşdirmək olar? VergiQeyri-rezidentdən marketinq xidməti alan MMC bu əməliyyata görə hansı vergiləri ödəməlidir?