19 Noyabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“4Sİ Müzakirə Platforması”nın növbəti görüşü keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü ilə yaradılan dördüncü sənaye inqilabı texnologiyalarının sahəvi icmalarının “Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” mövzusunda növbəti “4Sİ Müzakirə Platforması” görüşü baş tutub.

Mərkəzin məlumatına görə, görüşdə Səhiyyə texnologiyaları (Healthtech), Maliyyə texnologiyaları (Fintech) və Süni intellekt icmasını əhatə edən 40 nəfər ekspert iştirak edib.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov iştirakçıları salamlayaraq bildirib ki, “4Sİ Müzakirə Platforması”nın yaradılmasında məqsəd dördüncü sənaye inqilabı texnologiyalarının inkişafı, tətbiqi və təkmilləşməsində ortaq maraqlar ilə əlaqəli fərdlərin, ekspertlərin və bizneslərin bir araya toplanması, əməkdaşlıq, bilik və təcrübə mübadiləsini asanlaşdırmaqdır.

Sonra platformaya yeni qoşulan fintech, süni intellekt və healthtech startaplarının innovativ həlləri təqdim edilib.

Tədbir “Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” mövzusunda vörkşop sessiyası ilə davam edib. Vorkşopda müxtəlif sektorları təmsil edən peşəkarlar bu istiqamətdə öz təkliflərini ifadə ediblər.

4SİM tərəfindən yaradılan və 150 nəfərdən çox üzvü birləşdirən “4Sİ Müzakirə Platforması” 9 sahəvi icmadan ibarətdir. Platformada təklif olunan nəticələr elmin və tədqiqatın inkişafı, 4Sİ sahəsində əlaqələndirmənin daha effektiv aparılması, eləcə də ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılmasında və birgə ortaq layihələrin icra edilməsinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın tədbirlər planına əsasən, “Elm-sənaye klasteri 4.0-ın formalaşdırılması” bəndinin əsas icraçısı İqtisadiyyat Nazirliyi təyin edilib.

VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar? VergiSuvenirlər, aksesuarlar hazırlayan fiziki şəxsin vergi öhdəlikləri VergiRezident ASC qeyri-rezidentin xidmətləri üzrə ödəməli olduğu ƏDV-ni hesablayıb ödəməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan sahibkar 75 faizlik vergi güzəştindən yararlana bilərmi?