16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 7 faiz artıb

Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 7 faiz artıb

2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13 048,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi 11,5 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 7 faiz artıb.

İstifadə olunan investisiyanın 6 647,6 milyon manatı və ya 51 faizi məhsul istehsalı sahələrinə, 4 298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2 102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 10 057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən investisiyaların 10 280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?