Ölkə üzrə pərakəndə ticarət dövriyyəsində artım qeydə alınıb
Bu ilin yanvar-sentyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 422,8 milyon manatlıq, o cümlədən 25 359,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 063,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,8 faiz artıb.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda isə 4,2 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 503,8 manatlıq, o cümlədən 275,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 228,6 manatlıq qeyri-ərzaq malları alıb.
