7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta və investisiya şirkətləri də Açıq bankçılıq platformasına qoşulacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) həm sığorta, həm də investisiya şirkətlərini Açıq bankçılıq platformasına inteqrasiya etməyi planlaşdırır. Bu barədə AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb. Bunun üçün həmin şirkətlərə məktub göndərilib: “Bundan başqa, "payment initiation", yəni ödənişlərin təqlidi üçün birinci bankları, sonra fintexləri ora daxil edəcəyik. AMB meqarequlyator kimi həm sığorta, həm də investisiya şirkətlərini açıq maliyyəyə inteqrasiya etməyi planlaşdırır".

F.Tofidi AMB-nin virtual aktivlərlə bağlı çoxlu planlarının olduğunu və işin yalnız qanunvericilik bazası ilə yekunlaşmayacağını bəyan edib: "Bildiyiniz kimi, virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır. Bu, AMB-nin prioritetlərindən biridir. Ümumiyyətlə, bazarla daha sıx çalışmağı planlaşdırırıq. Növbəti il yeni strateji dövrə hazırlıq başlayacaq. Bir-iki istiqamət var ki, onları prioritet kimi görürük. Virtual aktivlərlə bağlı işlər təkcə qanun layihəsinin hazırlanması ilə bitmir. Bunun həyata keçirilməsi ilə bağlı çoxlu planlarımız var".

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?