24 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın tekstil sənayesinin inkişafı və təşviqinə dair fəaliyyət planı imzalanıb

Bakıda Azərbaycan Tekstil Assosiasiyası (ATA), Beynəlxalq Tekstil İstehsalçıları Federasiyası (ITMF), İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə “Tekstil sektorunun inkişafı və qlobal inteqrasiyanın təşviqi” adlı seminar keçirilib.

Agentliyin məlumatına görə, seminar çərçivəsində izləniləbilənlik, vergi güzəştləri, sertifikatlaşdırma, qanunvericilik təklifləri və dayanıqlılıq mövzularına dair panel sessiyaları təşkil olunub.

Tədbirin açılış mərasimində çıxış edən ITMF-in baş direktoru Kristian Şindler Azərbaycanın tekstil sənayesinin artıq regional səviyyədə tanındığı və qlobal bazarlarda da təmsil olunmasının vacibliyi, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı ölkəmizin güclü xammal bazası, istehsal imkanları və ixrac potensialının tekstil sektorunun qlobal dəyər zəncirinə inteqrasiyası üçün yeni imkanlar açdığı, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov xalçaçılıq ənənələrinin qorunması və onların müasir trendlərlə uzlaşması istiqamətində görülən işlər, “GP Cotton Holdings” şirkətinin İdarə Heyətinin sədri Yoxanes Hiri Azərbaycanın coğrafi mövqeyi və investisiya mühitinin sektorda innovasiya və infrastrukturun inkişafına təkan verməsi, ATA-nın icraçı direktoru Fəridə Axundova isə ITMF-in hazırda 40-dan çox ölkənin assosiasiya və aparıcı şirkətlərini bir araya gətirdiyi barədə danışıblar.

Seminar çərçivəsində AZPROMO, ATA və ITMF arasında Azərbaycanın tekstil sənayesinin inkişafı və təşviqinə yönəlmiş üçtərəfli fəaliyyət planı imzalanıb. Bu sənəd Azərbaycanın tekstil sənayesinin beynəlxalq standartlara uyğun inkişafı, dayanıqlılıq və izləniləbilənlik üzrə bilik mübadiləsi, ixrac potensialının artırılması, eləcə də yerli istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət planı 2029-cu ildə ITMF-in illik konfransının Azərbaycanda keçirilməsi imkanlarının genişləndirilməsinə yönəlmiş yol xəritəsi rolunu oynayır və bu hədəfə nail olmaq üçün zəruri olan koordinasiyalı tədbirlər planını müəyyənləşdirir.

Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı?