7 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Oman – Azərbaycan İşgüzar Dəyirmi Masası keçirilib

“Oman Sultanlığına işgüzar səfərimiz zamanı bu ölkənin ticarət, sənaye və investisiyaların təşviqi naziri cənab Qais bin Məhəmməd Al Yousef və həmkarlarla birlikdə iştirak etdiyimiz Oman – Azərbaycan İşgüzar Dəyirmi Masasında iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılması barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir vurğulayıb ki, birgə fəaliyyətin prioritetlərindən biri biznes əlaqələrini ortaq maraqlara xidmət edən, iqtisadiyyatlarımızı şaxələndirən və regional tərəfdaşlığı möhkəmləndirən perspektivli layihələrlə gücləndirməkdir: “Bu baxımdan, yüksək inkişaf və sərmayə potensialı olan platformalarda birgə təmsilçiliyin, Azərbaycan-Oman İnvestisiyalar üzrə İşçi Qrupun yaradılmasının, yaşıl enerji keçidini sürətləndirən həllərin, "KOB Evləri" modeli üzrə təcrübə mübadiləsinin təşkilinin və rəqəmsal transformasiya sahəsində birgə təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq”.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?