7 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan məhsulları "Anuga 2025" sərgisində vahid ölkə stendlərində nümayiş olunur

Almaniyanın Köln şəhərində “Anuga 2025” beynəlxalq qida və içki sənayesi sərgisi keçirilir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, beş gün davam edəcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə 16 Azərbaycan şirkəti məhsullarını "Made in Azerbaijan" vahid ölkə stendlərində təqdim edir.

İki müxtəlif pavilyonda quraşdırılan "Made in Azerbaijan" stendlərində Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, qənnadı məmulatları, meyvə şirələri, müxtəlif növ yerli şərablar, kürü, konservləşdirilmiş məhsullar, qurudulmuş meyvələr və digər məhsullar yer alır, Azərbaycan məhsulları və şirkətlər haqqında videoçarxlar nümayiş olunur. Oktyabrın 8-dək davam edəcək sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilir, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılır.

Həmçinin xidmət ixracının dəstəklənməsi məqsədilə Xəzəryanı regionda qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilən yerli “InterFood Azerbaijan” sərgisi haqqında məlumat verilir və xarici şirkətlərin sözügedən sərgidə təmsil olunması təşviq edilir.

Qeyd edək ki, builki "Anuga" sərgisinə 110 ölkədən 7 500-dən artıq iştirakçı və 140 mindən artıq ziyarətçi iştirak edir. Azərbaycan sərgidə 4-cü dəfədir təmsil olunur. Bundan başqa, "Anuga 2025"də Türkiyə, ABŞ, Meksika, Braziliya, Avstraliya, Cənubi Koreya, İspaniya, Belçika və Hindistan kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edirlər.

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?