7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutunda Azərbaycanda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Təkrar emal iqtisadiyyatı və davamlılıq siyasəti" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub. Konfrans İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Elmi Tədqiqat İnstitutu, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu (İKSAD), Tekirdağ Namık Kamal Universiteti, Tokat Gaziosmanpaşa Universiteti ve İstanbul Gelişim Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.

İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri professor Şahin Sadıqov təkrar emal iqtisadiyyatı və davamlılıq siyasətlərinin müasir iqtisadi inkişafın ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübələrin paylaşılmasının və birgə təşəbbüslərin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Təkrar emal iqtisadiyyatı, yaşıl inkişafın qlobal çağırışların mərkəzində olduğunu qeyd edib. Davamlı inkişafın əsas prioritetlərindən biri olan təkrar emal siyasətinin həm ekoloji təhlükəsizliyin təmin olunmasına, həm də resurslardan səmərəli istifadəyə mühüm töhfə verdiyi bildirilib.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, Türkiyənin Tekirdağ Namık Kemal Universitetinin professoru Durmuş Çağrı Yıldırım, İKSAD İnstitutunun Elmi Komitə sədri professor Salih Öztürk, İstanbul Gelişim Universitetinin "Davamlı Ətraf Mühit və Cəmiyyət üzrə Tətbiq və Araşdırma" Mərkəzinin direktoru Başak Özarslan Doğan təkrar emalın qlobal gündəmdə artan əhəmiyyəti, tullantıların idarə olunmasında innovativ yanaşmaların tətbiqi, yaşıl iqtisadiyyat modelinin formalaşmasında təhsil və elmi tədqiqatların rolu barədə mülahizələrini bildiriblər.

Paralel olaraq canlı və onlayn təşkil olunan 5 sessiyada məruzəçilər plastik tullantıların idarə olunması, dairəvi iqtisadiyyat, bərpa olunan enerji istehlakı, dayanıqlı iqtisadi inkişaf, innovativ tullantı emalı texnologiyaları kimi mövzular ətrafında təqdimatlarla çıxışlar ediblər, elmi müzakirələr aparılıb və qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Beynəlxalq Elmi Konfransın ikinci günü Mingəçevir Dövlət Universitetində (MDU) sessiyalar təşkil olunub. Canlı və onlayn formatda baş tutan sessiyalarda Azərbaycanla yanaşı, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları, həmçinin MDU əməkdaşları məruzələrlə çıxış ediblər.

Sessiyalarda təkrar emal iqtisadiyyatının müasir çağırışları, yaşıl inkişaf modeli, davamlılıq siyasəti, ekoloji təhlükəsizlik və sosial-iqtisadi inkişafda innovativ yanaşmalar mövzularında elmi müzakirələr aparılıb. Məruzəçilər qlobal iqlim dəyişiklikləri fonunda alternativ enerji, tullantıların idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi imkanları ilə bağlı əldə etdikləri elmi nəticələri bölüşüblər.

Ümumilikdə, konfransa 100-dən çox tədqiqatçı tərəfindən tezis və məqalələr təqdim olunub. Konfransın mövzusu ətrafında Azərbaycan, türk və ingilis dillərində toplanan tezis və (ya) məqalələr 25 oktyabr 2025-ci il tarixində həm kitab şəklində, həm də "Journal of Recycling Economy & Sustainability Policy (RESP)" adlı beynəlxalq jurnalda nəşr olunacaqdır.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?