Pşemışlav Vitek: “Azərbaycan Qafqazda lider ölkədir”
Polşa ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün real nəticələrə əsaslanan praktiki addımlar vacibdir.
Bunu Polşa-Azərbaycan Parlamentlərarası Qrupunun sədri Pşemışlav Vitek Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib.
O qeyd edib ki, Polşa öz regionunda, Azərbaycan isə Qafqazda lider ölkədir və bu üstünlüklər iqtisadi tərəfdaşlıq üçün əsas platforma yaradır.
Görüş çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri və bir neçə sahə üzrə konkret təkliflər müzakirə olunub. Tərəflər iqtisadi diplomatiya, biznes əlaqələrinin möhkəmləndirilməsi və investisiya imkanlarının dəyərləndirilməsi istiqamətlərində birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
