22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası gündəmdədir

Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası gündəmdədir

Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan "Clearstream" şirkətinin nümayəndələri arasında görüş keçirilib.

MDM-dən verilən məlumata görə, görüşdə depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub.

Tərəflər qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılması, o cümlədən MDM-in "Clearstream"də, "Clearstream"in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparıb.

Bu, "Clearstream"in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına səmərəli çıxışının təmin edilməsi istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda, Azərbaycan fond bazarlarının da "Clearstream"in yaratdığı geniş beynəlxalq infrastrukturdan istifadə imkanı yaranacaq.

Tərəflər həmçinin, gələcək birgə fəaliyyətin istiqamətlərini müəyyən etmək və texniki imkanları daha ətraflı öyrənmək məqsədilə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?