“Xızı-Abşeron” KES-in bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur
240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.
Bunu “vergiler.az”a Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Abşeron hissəsində işlər tam şəkildə başa çatıb və nəzərdə tutulan 12 turbindən 12-si də quraşdırılıb.
“Xızı hissəsində 25 turbindən 20-si artıq test rejimində istismar olunur və hamısı nominal gücə çıxıblar”, - Cavid Abdullayev əlavə edib edib.
Qeyd edək ki, layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən Abşeron və Xızı rayonlarında, ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 meqavat olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 meqavatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək. Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
