13 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır

Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır

Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında aqrar sahədə ilk qadın kooperativi yaradılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, kooperativ aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirəcək. Qadın sahibkarlar həm istehsal, həm də satış mexanizmini birgə quraraq, kooperativ təsərrüfatın digər üstünlüklərindən faydalanacaqlar. Layihə müxtəlif aqrar sahələri əhatə etməklə, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsinə yönəlib.

İlkin mərhələdə süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək kooperativ qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?