11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-iyul aylarında sənaye istehsalı 2,2 faiz böyüyüb

Yanvar-iyul aylarında sənaye istehsalı 2,2 faiz böyüyüb

Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2019-cu ilin yanvar-iyul aylarında 27,3 milyard manatlıq sənaye məhsulu istehsal ediblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 34 faiz artıb. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı 59,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 55,4 faiz, içkilərin istehsalı 52,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,9 faiz, mebel istehsalı 33,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 27,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26,4 faiz, tütün məmulatlarının istehsalı 25,1 faiz, qida məhsullarının istehsalı 18,3 faiz, poliqrafiya məhsullarının istehsalı 14,9 faiz, maşın və avadanlıqların istehsalı 13,6 faiz, tikinti materiallarının istehsalı 7,8 faiz, geyim istehsalı 5,6 faiz, neft məhsullarının istehsalı 1,4 faiz, əczaçılıq məhsullarının istehsalı 1,3 faiz artıb. Sair nəqliyyat vasitələrinin istehsalı isə 7,5 faiz, elektrik avadanlıqlarının istehsalı 7,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 17,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 28,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4 faiz artıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?