15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-avqust aylarında pərakəndə elektron ticarət dövriyyəsi 150 milyon manata çatıb

Bu ilin yanvar-avqust aylarında ölkə üzrə pərakəndə elektron ticarət dövriyyəsi 149,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətdə real ifadədə 67 faiz çoxdur.

Qeyd edək ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən pərakəndə ticarət şəbəkəsində satılmış malların dəyəri 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 3,8 faiz artaraq 40 327,5 milyon manata bərabər olub, onun 45,8 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Pərakəndə ticarət dövriyyəsinin 0,37 faizi informasiya sistemləri (internet, ekstranet və s.) üzərindən aparılan alqı-satqı əməliyyatlarının payına düşüb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?