15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib YENİLƏNİB

Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində Azərbaycanda əmək bazarının inkişafı, bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, beynəlxalq təcrübəyə əsaslanan tənzimləmə mexanizmlərinin tətbiqi daim diqqət mərkəzində saxlanılır.

İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının “ağardılması” məqsədilə həyata keçirilən təşviqəsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməyə davam edir. Bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.

2025-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı təxminən 470 min vahid və ya 87% artıb. Ümumi əmək müqavilələrinin 55%-ə yaxını qeyri-neft sektorunun payına düşür.

Qeyri-neft sektorunda əmək müqavilələrinin əsas hissəsi ticarət (299 min), xidmət (232 min) və sənaye (128 min) sahələrinin payına düşür. Tikinti sektorunda bu göstərici 98 min, nəqliyyat sektorunda 46 min, kənd təsərrüfatında 38 min, maliyyə sektorunda 36 min, rabitə sektorunda 24 min, digər sektorlarda isə 109 min təşkil edir. 2025-ci ilin 8 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 26,6 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.

Bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, 7 illik güzəştlərə əsaslanan və qeyri-neft sektorunda məşğulluğun stimullaşdırılmasına yönəlmiş vergi islahatları həlledici rol oynayıb. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda dövlətin əsas hədəfinin – qeyri-neft özəl sektorunda dayanıqlı məşğulluq və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.

-----

14:25

“Qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87% artmışdır. Ümumi əmək müqavilələrinin 55 faizə yaxını bu sektorun payına düşür”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir vurğulayıb ki, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?