15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ilin ilk 8 ayında 151 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 151 yeni dövlət standartı qəbul edilib.

Qurumun məlumatına görə, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

Qida texnologiyası və kənd təsərrüfatı üzrə - 38;
Tikinti materialları üzrə - 9;
İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə - 27;
Neft-qaz və əlaqəli texnologiyalar üzrə - 17;
Ətraf mühit üzrə - 10;
Nəqliyyat sahəsi üzrə - 7;
İdarəetmə və keyfiyyət üzrə - 5;
Rezin və plastik sənaye üzrə - 2;
Zərgərlik sahəsi üzrə - 2;
Tekstil və dəri texnologiyası üzrə - 16;
Əməyin təhlükəsizliyi üzrə - 17;
Metrologiya, ölçmə sistemləri və cihazlar üzrə - 1.

Cari ilin ilk 8 ayında 60 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 52 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 86 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?