Azərbaycanın Baltikyanı ölkələrlə ticarət dövriyyəsi artıb
2025-ci ilin yanvar-iyul ayında Azərbaycanın Baltikyanı ölkələrlə (Estoniya, Latviya və Litva) ticarət dövriyyəsinin ümumi həcmi 12 faiz artaraq 53 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Baltikyanı ölkələrinə ixrac: 24,6 milyon dollar (+2 dəfə)
Baltikyanı ölkələrindən Azərbaycana idxal: 28,4 milyon dollar (-19 faiz)
Cari ilin ilk yeddi ayının nəticələrinə görə, Azərbaycanın ümumi ticarət dövriyyəsində Baltikyanı ölkələrlə ticarətin payı 0,18 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
