10 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Göygöldə Aqrar Biznes Festivalı və II Moruq Festivalı keçirilib

Göygöldə Aqrar Biznes Festivalı və II Moruq Festivalı keçirilib

Göygöl rayonunda Aqrar Biznes Festivalı və II Moruq Festivalı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Aqrar Biznes Festivalı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr, dövlət qurumları və sahibkarların bir araya gəldiyi mühüm platforma sayılır.

Tədbir çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Müzakirələrdə kənd təsərrüfatında dövlət dəstəyi alətlərinə əlçatanlıq, kredit və sığorta imkanları, məşğulluğun artırılması, qida təhlükəsizliyi standartları və sahibkarların bazara çıxış imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Festival iştirakçılarına həmçinin toxumçuluq, gübrə və pestisid istehsalı, aqrotexnika, suvarma sistemləri sahəsində fəaliyyət göstərən şirkətlər tərəfindən məhsul və xidmətlər təqdim olunub.

Festival çərçivəsində təşkil edilən kredit yarmarkasında ölkənin aparıcı bankları və maliyyə institutları iştirak edərək kənd təsərrüfatı sahibkarlarına güzəştli kreditlər, dövlət dəstəyi mexanizmləri və investisiya imkanları barədə ətraflı məlumat veriblər. Fermerlər bank nümayəndələri ilə birbaşa ünsiyyət quraraq yeni maliyyələşmə alətlərindən necə faydalana biləcəkləri barədə praktiki bilgilər əldə ediblər.

Qeyd edək ki, ötən il Göygöldə 120,5 hektar sahədə giləmeyvə, əsasən moruq və böyürtkən becərilib. Sahələrdən 164,6 ton məhsul yığılıb, orta məhsuldarlıq 14,2 sent/ha təşkil edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?