1 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşğaldan azad olunmuş ərazilərə səfər icazəsi artıq “mygov” üzərindən əldə edilə bilər

“mygov” platformasında vətəndaşların dövlət xidmətlərinə çıxışını daha da sadələşdirmək məqsədilə yeni xidmət istifadəyə verilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına əsasən, “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidməti artıq “mygov” platforması vasitəsilə mümkün olacaq. Bu xidmət vasitəsilə işğaldan azad olunmuş ərazilərə fərdi minik avtomobili ilə səfər etmək istəyən Azərbaycan Respublikasının vətəndaşları icazə prosesini rahat və sürətli şəkildə həyata keçirə biləcəklər.

Əvvəllər bu icazələr yalnız “Yolumuz Qarabağa” portalı üzərindən verilsə də, indi bu xidmət “mygov” platformasına da inteqrasiya olunub. İstifadəçilər platformada “Nəqliyyat” kateqoriyasından “İşğaldan azad olunmuş ərazilərə səfər üçün icazə” xidmətini seçərək, təyinat nöqtəsini və səfər tarixini müəyyənləşdirir, avtomobil və sərnişin məlumatlarını daxil edir. Bu mərhələdə müraciət edən şəxsin FİN kodu üzrə adına qeydiyyatda avtomobil varsa, məlumatlar avtomatik olaraq ekranda görünür. Əgər yoxdursa, vətəndaş özü məlumatları əlavə edir. İstifadəçi bütün məlumatları əlavə etdikdən sonra birdəfəlik şifrə (OTP) ilə müraciətini təsdiqləyir. Vətəndaş aldığı icazəyə dair məlumatları “Tarixçə” bölməsindən izləyə və lazım gəldikdə icazəni ləğv edə bilər.

Qeyd edək ki, səfər zamanı sürücü də daxil olmaqla 9 sərnişin iştirak edə bilər. Bununla yanaşı, dövlət qeydiyyat nişanlı fərdi mink avtomobilinin əlavə olunması tələb olunur.

Bu və digər inteqrasiyalar vətəndaşların zəruri dövlət xidmətlərini “mygov” platforması vasitəsilə vahid şəkildə əldə etməsinə imkan yaradır, nəticədə isə rəqəmsal xidmətlərdən istifadə daha rahat və mərkəzləşdirilmiş olur.

Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?