3 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət büdcəsinə gömrük yığımları açıqlanıb

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iyul ayında komitənin xətti ilə büdcə daxilolmaları ümumilikdə 413 milyon 394,4 min manat olub. ƏDV üzrə daxilolma 269 milyon 036,9 min manata, aksizlər üzrə daxilolma 25 milyon 648,7 min manata çatıb. Ay ərzində büdcəyə 5 milyon 738,6 milyon manat yol vergisi, 112 milyon 970,2 min manat gömrük rüsumları köçürülüb. Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 milyard 487,555 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 537,397 milyon manat və ya 27,7 faiz çoxdur.

İlk 7 ayda büdcəyə daxil olan gömrük rüsumlarının məbləği illik müqayisədə 98,809 milyon manat və ya 19,8 faiz artaraq 596,928 milyon manata, ƏDV üzrə daxilolmaların məbləği 364,468 milyon manat və ya 27,4 faiz artaraq 1.693,276 milyon manata, aksizlər üzrə daxilolmaların məbləği 68,943 milyon manat və ya 73,7 faiz artaraq 162,447 milyon manata, yol vergisi üzrə daxilolmaların məbləği isə 5,177 milyon manat və yaxud 25 faiz artaraq 25,904 milyon manata çatıb.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var