19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödəniş kartlarının sayı artıb

2019-cu ilin iyun ayında dövriyyədə olan ödəniş kartlarının ümumi sayı artaraq 7 milyon 11 min ədəd olub. Mərkəzi Bankın statistikasına əsasən, bunun tərkibinə daxil olan əməkhaqqı, sosial və digər kartların sayında son aylarda artım qeydə alınıb. Əgər mayda əməkhaqqı kartlarının sayı 2 milyon 124 min olmuşdusa, iyunda bu rəqəm 2 milyon 146 minə çatıb. Sosial kartların sayı isə 2 milyon 587 mindən 2 milyon 604 minə çatıb. Kredit kartlarının sayında isə azalma müşahidə edilib.

İyunda kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 343 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 232 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 95 milyon manatı POS-terminallar, 16 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.
2019-cu ilin iyununda debet və kredit kartları ilə aparılan əməliyyatların sayı 12 min 157 olub, iyulun 1-dək həmin əməliyyatların həcmi 1 milyard 694 milyon manat təşkil edib.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?