8 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “SpaceX” şirkətinin vitse-prezidenti Stefani Bednareklə görüşüb.

Qlobal çağırışlar və yeni trendlər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühiti vurğulanıb. Bildirilib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi nəticəsində yeni bilik və bacarıqları ehtiva edən sahələrin inkişafı üçün möhkəm baza yaradılıb. Bu isə iqtisadiyyatda innovasiyaların tətbiqini və rəqəmsallaşmanın genişləndirilməsini sürətləndirir.

Görüşdə “SpaceX” şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub.

Dövlət başçısının ABŞ-yə işgüzar səfəri çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ-nin İxrac - İdxal Bankının (“EXIM Bank”) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycanda iqtisadi inkişaf və şaxələndirmə sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verilib. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələr üzrə irəliləyişlər, xarici tərəfdaşlarla əlaqələrin gücləndirilməsi, böyük investisiya layihələrinin icrası üçün açılan yeni perspektivlər qeyd edilib. Bildirilib ki, ölkəmizin strateji coğrafi mövqeyi, biznes və investisiya mühitinin keyfiyyətinin yüksəldilməsi sərmayədarlar üçün əlverişli şərait yaradır.

Tərəflər qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.

-----

11:04

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə "SpaceX" şirkətinin vitse-prezidenti xanım Stefani Bednareklə görüşdük.

Görüşdə Azərbaycanın iqtisadi potensialı, strateji inkişaf istiqamətləri və əlverişli investisiya mühitini qeyd etdik. "SpaceX" şirkəti ilə əməkdaşlıq perspektivləri, o cümlədən innovativ və kosmik texnologiyaların, süni intellekt həllərinin tətbiqi, bilik və təcrübə transferi sahəsində tərəfdaşlıq imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?