17 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görüş keçirilib

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görüş keçirilib.

Dövlət Agentliyinin məlumatına görə, görüş Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı Yol Xəritəsində dövlət satınalmalarının rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə görüləcək tədbirlərin müzakirə edilməsi məqsədilə təşkil olunub.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə sözügedən sahədə görüləcək işlər və həmin işlərin reallaşdırılması üzrə müvafiq icra mexanizmlərinin müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Agentliyin Dövlət satınalmalarının təhlili şöbəsinin müdiri Elşən Həsənov, eləcə də digər dövlət orqanlarının nümayəndələri çıxış ediblər. Dövlət satınalmalarında sahibkarlıq subyektlərinin iştirakının təşviqi, bu məqsədlə qanunvericilikdə nəzərdə tutulan güzəşt mexanizmlərinin tətbiqi, dövlət satınalmalarında gender bərabərliyinin, eləcə də qadın sahibkarların iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili imkanları, elektron satınalma portalının funksionallığının genişləndirilməsi, standart tender sənədlərinə dayanıqlılıq şərtlərinin əlavə edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində təkliflər dinlənilib, görüləcək işlər üzrə prioritetlər müəyyənləşdirilib, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün konkret icra mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?