15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Startap” şəhadətnaməsi alan sahibkarların sayı 220-yə çatdı

Beş mikro və kiçik sahibkara Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi verilib.

Agentliyin məlumatına görə, bununla da “Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb.

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclasında KOB subyektlərindən daxil olan 14 müraciətə baxılıb. Şuranın qərarına əsasən "Steamland Factory" MMC-nin süni intellekt sistemləri üçün məlumat (data) infrastrukturu xidməti, "Mənzil Park" MMC-nin yaşayış kompleksləri və binaların idarəedilməsi üçün onlayn platforması, "Nooshcard" MMC-nin işçi heyəti üçün rəqəmsal yemək kartı həlli, "Adscreen" MMC-nin taksi sərnişinləri üçün rəqəmsal reklam platforması və "Onrepetitor" MMC-nin onlayn tədris və hazırlıq platforması layihələrinə “Startap” şəhadətnamələri verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla https://smb.gov.az/az/nav/startap-sehadetnamesi keçid linki vasitəsilə tanış olmaq olar. Həmçinin, “Startap” şəhadətnaməsi ilə bağlı sualı olan KOB subyektləri KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edə bilər.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?