16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ukrayna ilk dəfə Azərbaycandan qaz alacaq

Ukrayna ilk dəfə Azərbaycandan qaz alacaq

Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

“Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.

“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Qeyd edək ki, Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq.

İyun ayında sabiq energetika naziri German Qaluşenkonun dediyi kimi, Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetrdir. İyun ayına olan məlumata görə, 2,9 milyard kubmetr “anbarlara vurulacaq dəqiq idxal olunan qaz” müqaviləsi bağlanıb. Bu müqavilələr maliyyə cəhətdən təsdiqlənir.

AZƏRTAC

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?