23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Son 9 ildə “AzerGold” 1,691 milyard manat gəlir əldə edib

Son 9 ildə “AzerGold” 1,691 milyard manat gəlir əldə edib

“AzerGold” QSC son 9 ildə yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1,691 milyard manat gəlir əldə edib.

Bunu Naxçıvan Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasimində çıxış edərkən QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bu vəsaitin 94 faizi (1,592 milyard manatı) ixracdan əldə edilib.

“Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilən gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib. Hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur. İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq”, - Zakir İbrahimov qeyd edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması