Keniya ilə energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Energetika Nazirliyi ilə Keniya Enerji və Neft Nazirliyi arasında energetika sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Energetika Nazirliyindən verilən məlumata görə, sənəd iki ölkənin enerji sektorundakı qarşılıqlı maraq və potensial imkanlara əsaslanaraq, geniş və çoxşaxəli əməkdaşlıq üçün strateji yol xəritəsini müəyyən edir.
Memorandum neft və qaz, o cümlədən LNG, elektrik enerjisi və bərpa olunan enerji sahələrini, həmçinin birgə investisiyaların təşviqi, enerji şəbəkələrinin təkmilləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığı əhatə edir. Memoranduma əsasən, potensial istiqamətlər üzrə Azərbaycanın Energetika Nazirliyi ilə Keniyanın Enerji və Neft Nazirliyi, həmçinin SOCAR və Keniyanın neft-qaz şirkətləri əməkdaşlıq edəcəklər. Memorandumdan irəli gələn məsələlərin icrası ilə bağlı Birgə İşçi Qrupun yaradılması nəzərdə tutulur.
