23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Praqada çexiyalı iş adamları ilə dəyirmi masa keçirilib

Praqada çexiyalı iş adamları ilə dəyirmi masa keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.

Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib.

İnvestisiya sahəsində əməkdaşlıq üçün geniş perspektivlər var. 2011-ci ildə imzalanmış "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" birgə layihələr, həmçinin kapital axını üçün möhkəm hüquqi baza yaradır. Çexiyaya məxsus 25 şirkət Azərbaycanda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində fəaliyyət göstərir.

Görüşdə Çexiya ilə enerji, nəqliyyat, sənaye, ticarət və digər istiqamətlər üzrə səmərəli əməkdaşlıq potensialı diqqətə çatdırılıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, Ələt azad iqtisadi zonası, sənaye parkları və azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılmış imkanlar, nəqliyyat-tranzit potensialı haqqında məlumat verilib, çexiyalı iş adamları fəal əməkdaşlığa dəvət olunub.

Tədbirdə Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin Avropa İttifaqı və Xarici Ticarət Bölməsinin baş direktoru David Müller ölkəsinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini vurğulayıb. Müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq, o cümlədən, ölkələrimizin işgüzar dairələri arasında işbirliyinin gücləndirilməsi üçün geniş imkanlar qeyd olunub. Çex şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğu bildirilib.

Dəyirmi masada işgüzar münasibətlərin təşviqi haqqında müzakirələr aparılıb.

Tədbirdə Çexiyanın “Chemoprojekt”, “Czechoslovak Group”, “Mavel”, “Omnipol”, “Shkoda”, “TES VSETIN”, “VSL Group Activities” şirkətlərinin fəaliyyəti və istehsal etdiyi məhsullara dair təqdimatlar keçirilib, suallar cavablandırılıb.

-----

14:38

“Çex Respublikasına işgüzar səfərimiz çərçivəsində bu ölkədən olan iş adamları ilə dəyirmi masa formatında görüşümüz oldu. Çexiya şirkətlərinin təqdimatını izlədik və ikitərəfli biznes əlaqələrinin inkişafını dəyərləndirdik. Ölkələrimizin əlverişli biznes mühitini və enerji, nəqliyyat, sənaye, investisiya, ticarət sahəsində səmərəli əməkdaşlıq potensialını qeyd etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması