Cari ilin ilk 6 ayında 100 yeni dövlət standartı qəbul edilib
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 100 yeni dövlət standartı qəbul edilib.
Qurumun məlumatına görə, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Dövlət standartlarının sahələr üzrə bölgüsü:
- Qida texnologiyası və kənd təsərrüfatı üzrə - 29;
- Tikinti materialları üzrə - 9;
- İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə - 17;
- Neft-qaz və əlaqəli texnologiyalar üzrə - 9;
- Ətraf mühit üzrə - 9;
- Nəqliyyat sahəsi üzrə - 6;
- İdarəetmə və keyfiyyət üzrə - 2;
- Rezin və plastik sənaye üzrə - 2;
- Zərgərlik sahəsi üzrə - 1;
- Tekstil və dəri texnologiyası üzrə - 16.
Cari ilin ilk 6 ayında 50 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 44 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 68 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.
