16 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanla Vyetnam arasında əməkdaşlığa dair sənədlər imzalanıb

Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası ərəfəsində Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası və hər iki ölkənin biznes dairələrinin iştirakı ilə Azərbaycan-Vyetnam Birinci Biznes Şurası və Biznes Forumu keçirilib.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.

Nazir bildirib ki, forumda sahibkarlar Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa, habelə qarşılıqlı biznes missiyaları təşkil etməyə, mövcud imkanlardan faydalanmağa, birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət olunublar.

Tədbir çərçivəsində 5 əməkdaşlıq sənədi, o cümlədən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?