Bərpaolunan enerji istehsalı üzrə göstəricilər müsbətdir
2025-ci ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 milyon kVt·st və ya 2,2 faiz artaraq 13 849,3 milyon kVt·st olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 11 519,2 milyon kVt·st, SES-lərdə 1 860 milyon kVt·st, digər mənbələr üzrə isə 470,1 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21 milyon kVt·st, günəş elektrik stansiyalarında 314,6 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən 297,2 milyon kVt·st artımla 2 330,1 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 milyon kVt·st (İES-lərdə 10 441,4 milyon kVt·st, SES-lərdə 1 851,1 milyon kVt·st, GES-lərdə 30,7 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 milyon kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 milyon kVt·st, idxalı isə 81,1 milyon kVt·st olub.
