15 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dəniz yükdaşımalarında 12 faiz artım qeydə alınıb

Dəniz yükdaşımalarında 12 faiz artım qeydə alınıb

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə həyata keçirilən yükdaşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4,1 milyon tondan 4,6 milyon tona yüksəlib.

QSC-nin məlumatına görə, cari ilin yanvar ayından iyun ayınadək tanker gəmiləri ilə 2,2 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq göstəricisini 10 faiz üstələyir.

2025-ci ilin birinci yarısında bərə və Ro-Pax tipli gəmilərlə 19 280 yük avtomobili daşınıb, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Eyni tip gəmilərlə vaqon daşımalarında 4 faiz azalma qeydə alınıb. Belə ki, 2025-ci ildə 18 227 vaqon daşınıb, ötən il isə bu rəqəm 19 068 olub.

Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalar üzrə qeydə alınıb. 2025-ci ilin ilk 6 ayı ərzində 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki (363 818 ton) göstəricidən təxminən 83 faiz çoxdur.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?