22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək

Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək

İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək.

Komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub.

Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.

Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək.

Qeyd edək ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın 2-ci iclası 2018-ci ildə Bakıda keçirilib.

AZƏRTAC

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?