Qızıl və gümüş hasilatında müsbət dinamika var
Bu ilin yanvar-iyun aylarında ölkədə 1600,7 kq qızıl və 1941,4 kq gümüş hasil edilib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrünün göstəricilərinə nisbətdə qızıl hasilatı 59,5 faiz və ya 597 kq, gümüş hasilatı isə 12,9 faiz və ya 221,3 kq artıb.
Cari ilin iyul ayının 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 196,4 kq və 584,6 kq təşkil edib.
