16 İyul 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın ECO regionu ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollardır

Azərbaycan son illər ərzində genişmiqyaslı iqtisadi islahatlar həyata keçirərək, sahibkarlığın inkişafına xüsusi önəm verib. Bu təcrübəni ECO regionu ölkələri ilə bölüşmək, qarşılıqlı investisiya təşviqini gücləndirmək üçün konkret əməkdaşlıq mexanizmlərinə ehtiyac var.

Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın ECO regionu ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollardır ki, bu rəqəm cəmi ticarət dövriyyəsinin təxminən 17 faizi deməkdir.

“Bu forumun əsas mövzusu – investisiya və ticarətin təşviqi bizim üçün olduqca aktualdır. ECO regionunun davamlı inkişafı və iqtisadi inteqrasiyası istiqamətində bizneslərin oynadığı rolu yüksək qiymətləndiririk. Təşkilatımız hər zaman öz üzvləri ilə birlikdə ticarət və investisiya əlaqələrinin genişlənməsinə, xüsusilə yaşıl iqtisadiyyat, aqrar istehsal, rəqəmsal transformasiya və logistika kimi prioritet sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinə xüsusi önəm verir. Region daxilində ortaq müəssisələrin yaradılması, investisiya və biznes mühitinin əlverişliliyinin yüksəldilməsi üçün normativ bazaların bir-birinə uyğunlaşdırılması kimi mövzuların ön plana çəkilməsi bu forumun əsas töhfələrindən biri ola bilər. ECO ölkələrinin sahibkarlıq qurumları ilə əməkdaşlığa, təcrübə mübadiləsinə və davamlı dialoqa hər zaman açığıq və hazırda bir sıra ölkələrin biznesə dəstək təşkilatları ilə aktiv əməkdaşlıq edirik. Bu forumun nəticəsində də yeni niyyət protokolları, birgə platformalar və strateji təşəbbüslərin yaranacağına inanırıq”, - deyə M.Musayev diqqətə çatdırıb.

AZƏRTAC

VergiFərdi sahibkar sabit qəbzi onlayn şəkildə ala bilərmi? VergiƏvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi? Vergiİdxal ediləcək mallar barədə məlumat forması vergi orqanına təqdim olunmalıdırmı? VergiDublyaj fəaliyyətindən əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi orqanı obyektin girişində uçotla bağlı məlumatın olmamasına görə sahibkarı cərimə edə bilərmi? VergiXarici ölkə vətəndaşının məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməsi VergiKənd təsərrüfatı məhsullarına görə ödənilən ƏDV məbləğləri necə hesablanır? Vergiİşçinin vəfatı ilə əlaqədar ödənilən müavinətdən vergi tutulurmu? VergiSənaye məhəlləsinin rezidentlərinə hansı vergi güzəştləri tətbiq olunur? VergiZərgərlik məmulatlarının nağd satışına görə cərimə nə qədərdir?