Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Bu ilin iyun ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları may ayına nisbətdə 0,5 faiz artaraq 11 153,9 milyon ABŞ dollar təşkil edib.
AMB-nin hesabatına əsasən, cari ilin əvvəlindən bu göstərici üzrə 1,8 faiz artım qeydə alınıb.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 959,5 milyon dollar təşkil edib.