15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Toxuculuq sahəsində yeni dövlət standartları qəbul edilib

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən toxuculuq sahəsində aşağıdakı yeni dövlət standartları qəbul edilib:

- AZS ISO 1833-13 “Toxuculuq məmulatları – Kəmiyyət kimyəvi analizi - 13-cü hissə: Müəyyən xlor tərkibli liflərin digər liflərlə qarışıqları (karbon disulfid/asetondan istifadə üsulu)”;

- AZS ISO 1833-14:2025 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi - 14-cü hissə: Asetatın bəzi digər liflər ilə qarışıqları (buzlu sirkə turşusundan istifadə üsulu)”;

- AZS ISO 1833-15:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 15-ci hissə: Jütün bəzi heyvan lifləri ilə qarışıqları (azotun miqdarının təyin edilməsi üsulu)”;

- AZS ISO 1833-16:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 16-cı hissə: Polipropilen liflərin bəzi digər liflərlə qarışıqları (ksiloldan istifadə üsulu)”;

- AZS ISO 1833-17:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 17-ci hissə: Sellüloza lifləri və müəyyən liflərin xlor tərkibli liflər və digər liflərlə qarışıqları (qatı sulfat turşusundan istifadə üsulu)”;

- AZS ISO 1833-20:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi – 20-ci hissə: Elastanın bəzi digər liflərlə qarışıqları(dimetilasetamiddən istifadə üsulu)”;

- AZS ISO 1833-21:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 21-ci hissə: Xlor tərkibli liflərin, müəyyən modakrillərin, müəyyən elastanların, asetatların və triasetatların bəzi digər liflərlə qarışıqları (sikloheksanondan istifadə üsulu)”;

- AZS ISO 1833-29:2025 “Toxuculuq məmulatları - Kəmiyyət kimyəvi analizi - 29-cu hissə: Poliamidin polipropilen/poliamid ikikomponentli qarışıqları (sulfat turşusundan istifadə üsulu)”.

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd toxuculuq məmulatlarında lif tərkibinin dəqiq və etibarlı şəkildə müəyyənləşdirilməsi, bu məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi və istehsal prosesində beynəlxalq tələblərə uyğunluğun artırılmasıdır.

Bu standartların tətbiqi toxuculuq məmulatlarının istehsalı zamanı şəffaflıq və etibarlılığın təmin olunmasına, eləcə də beynəlxalq və yerli bazarlarda daha yüksək keyfiyyətli məhsulların təqdim edilməsinə imkan yaradacaq.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?