23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Çinə toyuq əti ixrac edəcək

Azərbaycan Çinə toyuq əti ixrac edəcək

Azərbaycandan Çinə toyuq əti ixracı üçün sənədləşmə işləri aparılır.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatına görə, bunu İdarə Heyətinin sədri Mürvət Həsənli deyib.

Onun sözlərinə görə, Çin tərəfi ölkəmizdən toyuq ayağı idxalına icazə verib və hazırda akkreditasiya işləri gedir. “Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır”, - Mürvət Həsənli qeyd edib.

Ölkədə quşçuluq sahəsinin dinamik inkişaf etdiyini bildirən İdarə Heyətinin sədri təsərrüfatların damazlıq və süfrə yumurtası istehsalında daxili tələbatı aşaraq, xarici ölkələrə ixraca və ölkəyə valyuta axınının təmin olunmasına töhfə verməyə başladıqlarını əlavə edib.

Qeyd edək ki, bu ilin mart ayından Azərbaycandan ABŞ-yə toyuq yumurtasının ixracına başlanıb. Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında bu ölkəyə 1,45 milyon ABŞ dolları dəyərində 15,8 milyondan çox süfrə yumurtası ixrac olunub. Hesabat dövründə bu məhsul kateqoriyası üzrə Birləşmiş Ərəb Əmirliklərinə 2,39 milyon dollarlıq 38,1 milyon ədəd, Syerra-Leoneyə isə 50,6 min dollar dəyərində 792 min yumurta ixrac edilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması