Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi artır
Bu ilin yanvar-may aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 3,7 dəfə artaraq 520,9 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Böyük Britaniyaya ixrac: 139,8 milyon dollar (+4,4 dəfə)
Böyük Britaniyadan Azərbaycana idxal: 381,1 milyon dollar (+3,5 dəfə)
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 2,48 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,72 faiz bəndi çoxdur.
Mənbə: Dövlət Gömrük Komitəsi
