16 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yanvar-may aylarında 148 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Bu ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 148 678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 24 947-si (16,8 faiz) ilkin, 123 731-i (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 26 019, mənzil – 35 630, torpaq sahəsi – 81 642, qeyri-yaşayış binası – 1 237, qeyri-yaşayış sahəsi – 3 794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38 859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin ilk beş ayında 105 328 texniki pasport tərtib edilib, 24 599 ipoteka müqaviləsi qeydiyyata alınıb.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?