14 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual oyun keçirilib

İqtisadiyyat Nazirliyində 2025-ci il “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Yarışda Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarından ibarət 20 komanda iştirak edib. İştirakçılar müxtəlif mövzularda təqdim olunan sualları cavablandıraraq məntiq, dünyagörüşü, operativ düşünmə, komanda işi, ünsiyyət və qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

Maraqlı və rəqabət şəraitində keçən yarışın sonunda qalib komandalara diplom və mükafatlar təqdim olunub.

Qeyd edək ki, intellektual oyunun təşkilində məqsəd əməkdaşlar arasında kommunikasiya və komanda ruhunu gücləndirmək, bilik və bacarıqlarının inkişafını stimullaşdırmaqdır.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?