11 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

KOBİA-nın təşəbbüsü ilə 7 istiqamət üzrə daxili bazar araşdırması aparılıb

Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehtiyatları istiqamətləri üzrə daxili bazar araşdırmaları aparılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə aparılmış bazar araşdırmalarında sektorun inkişafı, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə ətraflı məlumatlar verilib. Bu isə müvafiq sahələrdə öz biznesini qurmaq və ya fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün vacibdir.

Müvafiq bazar araşdırmaları ilə sahibkarlar KOBİA-nın www.smb.gov.az saytından tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Qeyd edək ki, KOBİA tərəfindən mikro, kiçik və orta biznes subyektlərinə daxili bazar araşdırmasının aparılması üçün informasiya və maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”na uyğun olaraq, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Ümumilikdə, hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektləri üçün 20 min manata qədər dəstək məbləği nəzərdə tutulub.

Sahibkarların müraciətləri və onların ehtiyacları nəzərə alınmaqla Agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazar araşdırmaları aparılır.

İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 33 olmaqla ümumilikdə 61 daxili bazar araşdırması həyata keçirilib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?