15 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Birləşmiş Ərəb Əmirlikləri ilə tərəfdaşlığın inkişafı müzakirə olunub YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə videokonfrans formatında görüş keçirib.

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ münasibətlərinin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, BƏƏ ilə iqtisadi-ticarət sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqlar qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında investisiya, enerji, sənaye, rəqəmsal həllər, nəqliyyat, qida təhlükəsizliyi və digər sahələr üzrə işbirliyinin inkişafı imkanları genişdir.

Tərəflər sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi aparıblar.

-----

14:02

“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında görüş keçirdik. BƏƏ-nin ADNOC şirkəti ilə SOCAR arasında "Abşeron" qaz-kondensat yatağının birgə işlənməsi, "Masdar" şirkəti ilə yaşıl enerji üzrə həyata keçirilən uğurlu əməkdaşlıqları vurğuladıq. Sənaye və digər sahələrdə tərəfdaşlığın inkişafı, təcrübə mübadiləsi və iki ölkənin iş adamları arasında əlaqələrin təşviqi barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?