11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Vyanada Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin İqtisadi məsələlər, innovasiyalar və beynəlxalq siyasət departamentinin baş direktoru Florian Frauşer Azərbaycan nümayəndə heyətini salamlayaraq bildirib ki, Azərbaycan və Avstriya inkişaf edən iqtisadi və mədəni əlaqələrə malik ölkələrdir və müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial mövcuddur.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

Samir Məmmədov işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğaldan azad edilən ərazilər yenidən qurulur və bu region yaşıl enerji zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizin inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında Avstriya tərəfinə ətraflı məlumat verib.

İclasda çıxış edən Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ölkəmizin Cənubi Qafqaz regionundakı aparıcı rolu və iqtisadi imkanları, Avstriya ilə siyasi, iqtisadi və digər sahələrdə əlaqələr və mövcud potensial barədə məlumat verib, Qarışıq Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma olduğunu vurğulayıb.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclasının Protokolu imzalanıb.

Qeyd edək ki, Qarışıq Komissiya 13 noyabr 1998-ci il tarixində Vyana şəhərində imzalanan “Azərbaycan Respublikası Hökuməti və Avstriya Respublikası Federal Hökuməti arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş”ə əsasən yaradılıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?