14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qrant müqaviləsi üzrə əməliyyatlara hansı halda ƏDV sıfır dərəcə ilə tətbiq edilməlidir?

Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlara ƏDV sıfır (0) dərəcə ilə tətbiq olunur. Bəs qrant və resipiyent nədir? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

"Qrant haqqında" Qanuna əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır.

Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant alanla münasibətlərində qrant verən donor və donorla münasibətlərində qrant alan resipiyent sayılır.

Təsəvvür edək ki, "Vergi ekspertləri" İctimai Birliyi "Asson" beynəlxalq təşkilatından 20.000 manat həcmində qrant qazanıb, müvafiq qanunvericiliyə uyğun qeydiyyatını həyata keçirib. Qrant müqaviləsinin şərtlərinə əsasən, "Vergi ekspertləri" İctimai Birliyi 5.000 manat məbləğində kompüterlər alacaq, həmçinin xüsusi qruplar - benefisiarlar üçün təlimlər keçəcək. Kompüterlərin alınması zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunacaq. Həmçinin "Park" oteldə keçirilən tədbir üçün ödənilən 800 manata da ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunacaq. Çünki hər iki əməliyyat qrant hesabına həyata keçirilib.

İndi təsəvvür edək ki, "Vergi ekspertləri" İctimai Birliyi qrant hesabına yox, özünün maliyyə vəsaiti hesabına "Park" oteldə seminar keçirir. Seminar üçün zalın icarəsi bu dəfə də 800 manat olmasına baxmayaraq, otel artıq həmin məbləğə 144 manat (800*18 faiz) ƏDV tətbiq edəcək. Çünki bu tədbir qrant layihəsi çərçivəsində həyata keçirilmir.

Bəs resipiyent vergi orqanına hansı sənədləri təqdim etməlidir?

Xarici səfirliklərə münasibətdə vergi orqanına Xarici İşlər Nazirliyinin hazırladığı bildiriş forması təqdim edilməlidir ki, əməliyyat 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb olunsun. Qrant müqaviləsinə gəldikdə isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"na əsasən, müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeydiyyat orqanı tərəfindən təqdim olunan bildiriş əsasında vergi ödəyiciləri əməliyyatlara 0 dərəcə ilə ƏDV tətbiq edə bilirlər.

Qeyd edək ki, ƏDV bəyannaməsinin 4 saylı "ƏDV-yə sıfır (0) dərəcə ilə tutulan dövriyyə barədə məlumat" əlavəsində qrantla bağlı əməliyyatlar 302.2-ci sətirdə qeyd olunmalıdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?